SON DƏQİQƏ
» » Azərbaycan Premyer Liqasının XV turunun bu günün oyunları

Azərbaycan Premyer Liqasının XV turunun bu günün oyunları

Tarix:

29-01-2017, 09:43

/ 2 894 dəfə oxundu.
Azərbaycan Premyer Liqasının XV turunun bu günün oyunları

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XV turuna yekun vurulacaq.
Qarşılaşmaların hər ikisi Bakıda keçiriləcək.
"Zirə" öz meydanında AZAL-ı sınağa çəkəcək. Aktivində 8 xal olan AZAL sonuncu pillədən xilas olmaq üçün qələbə qazanmalıdır. Meydan sahibləri isə qələbə sayəsində xal ehtiyatını 18-ə çatdıracaq və "Sumqayıt"la 4 və 5-ci pillələri bölüşəcək. 
Komandalar ölkə çempionatlarında bu günə kimi 6 oyun keçirib. Görüşlərdən 3-ü "Zirə"nin, 1-i isə AZAL-ın xeyrinə başa çatıb. 
İki oyunda isə qalib müəyyənləşməyib. Son 4 qarşılaşmada hər iki komanda qol vurub. "Zirə” öz meydanında xal itirməyib. AZAL isə son 4 matçda qalib gəlməyib.
Turun və günün son oyunu isə "Azərsun Arena"da keçiriləcək. "Qarabağ" cari mövsümdə uğursuzluq zolağına düşən "Neftçi"ni qəbul edəcək. Hazırda "Qəbələ" ilə eyni - 32 xala malik "Qarabağ" qələbə sayəsində yenidən liderliyə yüksələcək. 
"Neftçi" isə səfər qələbəsi ilə xalını 12-yə çatdıracaq ki, bu da Bakı təmsilçisini "Kəpəz"ə bir az yaxınlaşdıracaq. Komandalar ölkə çempionatları tarixində bu günə qədər 66 oyun keçirib. 24 oyunda "Qarabağ" qazanıbsa, "Neftçi" 18 dəfə meydanı 3 xalla tərk edib. 24 oyun isə bərabərliklə başa çatıb. "Qarabağ” son 4 görüşdə xal itirməyib. "Neftçi” son iki səfərdə qola da həsrət qalıb. Bakılılar son 7 səfər matçında qələbə qazana bilməyib.
Azərbaycan Premyer Liqası, XV tur
29 yanvar
15:00. "Zirə" - AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Murad Məmmədov
Zirə İdman Kompleksinin stadionu
29 yanvar 
17:30. "Qarabağ" – "Neftçi"
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Xaqani Məmmədov
"Azərsun Arena"
Qeyd edək ki, turun açılış oyununda "Qəbələ" və "Sumqayıt" arasında 1:1 hesabı qeydə alınıb. "İnter" isə "Kəpəz"i 4:1 hesabı ilə məğlub edib. 

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ