SON DƏQİQƏ

“Neftçi” “yoxlama”dan üzüağ çıxdı

Tarix:

14-08-2020, 23:25

/ 1 495 dəfə oxundu.
“Neftçi” “yoxlama”dan üzüağ çıxdı

"Neftçi” növbəti yoxlama oyununu keçirib.

GunAz.az xəbər verir ki, komanda "Qəbələ” ilə qarşılaşıb.

"Bakcell Arena”da baş tutan görüşdə bakılılar qələbə qazanıb – 2:1.

 

"Ağ-qaralar”ın qollarını Mamadu Kane və Yusuf Laval vurub. Emin Mahmudov penaltidən istifadə edə bilməyib.

Rəqib futbolçu Nikolas Raysel isə məhz 11 metrlik cərimə zərbəsindən sonra fərqlənib.

Qeyd edək ki, "Neftçi” yeni mövsümdə ilk rəsmi oyununu avqustun 21-də keçirəcək. Komanda Premyer Liqanın 1-ci turu çərçivəsində "Səbail”i qəbul edəcək. Saat 20:30-da start götürəcək görüş "Bakcell Arena”da baş tutacaq.

Ayın 27-də isə "ağ-qaralar” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın "Şkupi” klubu ilə qarşılaşacaq. Oyun "Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlanacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ