SON DƏQİQƏ

"Neftçi" və "Qarabağ"dan inamlı qələbə

Tarix:

13-06-2020, 23:34

/ 1 428 dəfə oxundu.
"Neftçi" və "Qarabağ"dan inamlı qələbə

Paytaxtın "Neftçi” futbol klubu hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.
GunAz.az xəbər verir ki, Bakı təmsilçisi doğma meydanda "Qəbələ” ilə qarşılaşıb. "Baksell Arena”da baş tutan görüşdə "ağ-qaralar” qalib gəlib – 2:1.
Hesabı 26-cı dəqiqədə qonaqların hücumçusu Rövlan Muradov açsa da, "Neftçi” fasiləyədək qollardan birinin əvəzini çıxıb. Matçın 40-cı dəqiqəsində Mirabdulla Abbasov fərqlənib. İkinci hissədə meydana daxil olan Dario Frederiko isə 63-cü dəqiqədə görüşdə son nöqtəni qoyub.
Günün digər matçında "Qarabağ" "Səbail"ə 4-1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Neftçi” birinci sınaq matçında "Keşlə” üzərində 3:1 hesablı qələbə qazanıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ