SON DƏQİQƏ
» » Xorvatların millimizə qarşı ehtimal edilən start heyəti açıqlandı

Xorvatların millimizə qarşı ehtimal edilən start heyəti açıqlandı

Tarix:

20-02-2019, 19:14

/ 10 266 dəfə oxundu.
Xorvatların millimizə qarşı ehtimal edilən start heyəti açıqlandı

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə ilk oyun öncəsi Xorvatiya millisinin start heyəti açıqlanıb. 

GunAz.az xəbər verir ki, dünya ikincisinin müdafiəçiləri – Şime Vrsalko, Matey Mitroviç, Yosip Pivariç və İvan Ştriniç zədəli, Deyan Lovren isə cəzalıdır.

Lovrenlə yanaşı, Vrsalko və Pivariçin millimizlə oyunu buraxacağı dəqiqdir. Hətta müdafiədəki problem o həddə gəlib çıxıb ki, hücumçu olan Yosip Brekalodan cinah müdafiəçisi kimi istifadə edilə bilər.

Həmçinin qapıçı Lovre Kaliniç də zədədən əziyyət çəkir. Ancaq milli həkimi onun oyuna qədər sağalacağını düşünür. O, qolkiperin durumunun ciddi olmadığını vurğulayıb.

Xorvatiya KİV-i indiki məqamda baş məşqçinin beynindəki start heyətin bu oyunçular olduğunu iddia edib: Lovre Kaliniç (“Aston Vila”, İngiltərə) - Domaqoy Vida (“Beşiktaş”, Türkiyə), Tin Yedvay (“Bayer”, Almaniya), Borna Barişiç (“Reyncers”, Şotlandiya), Yosip Brekalo (“Volfsburq”, Almaniya) - İvan Rakitiç (“Barselona”), Luka Modriç (“Real”, İspaniya), Marselo Brozoviç (“İnter”, İtaliya) - İvan Perişiç (“İnter”, İtaliya), Andrey Kramariç (“Hofenhaym”, Almaniya), Ante Rebiç (“Ayntraxt”, Almaniya).

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu martın 21-də Zaqrebin “Maksimir” stadionunda keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ