SON DƏQİQƏ
» » Qurban Qurbanov: Biz hər oyuna qələbə üçün çıxırıq

Qurban Qurbanov: Biz hər oyuna qələbə üçün çıxırıq

Tarix:

4-06-2018, 20:57

/ 10 572 dəfə oxundu.
Qurban Qurbanov: Biz hər oyuna qələbə üçün çıxırıq

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov "sports.kz" saytına müsahibə verib.

Qol.az-ın məlumatına görə, təcrübəli çalışdırıcı Qazaxıstanla sabah keçiriləcək yoldaşlıq oyunu barədə fikirlərini açqılayıb.

- Bizi maraqlı oyun gözləyir. Rəqib güclüdür. Klub səviyyəsində bir çox nailiyyətlər qazanan yeni baş məşqçiləri var. İstərdim ki, sabah komandam baxımlı oyun göstərsin və yaxşı nəticə qazansın.

- Bu toplanışa yeni futbolçular dəvət etmisiniz. Sabahkı oyunda debütantlardan hansınısa meydanda görmək mümkün olacaq?

- Bəli, mümkündür. Heyəti dəyişəcəyik. Hətta oyunun gedişində müəyyən dəyişikliklər edəcəyik. Milliyə çağırılan bütün futbolçular şans qazanacaqlar.

- Sizin üçün əsas motivasiya nə olacaq?

- Qazaxıstan millisi oyuna çox ciddi köklənib. Amma biz də irəliləmək istəyirik. Bu görüşlər Millətlər Liqası öncəsi son sınaqlardır. Biz də bu turnirə ən yaxşı şəkildə hazırlaşmaq istəyirik.

- Qazaxıstan millisinin oyununda hansı üstün və zəif cəhətləri qeyd edə bilərsiniz?

- Rəqibimizin Bolqarıstan və Macarıstana qarşı son iki oyununu izləmişəm. Deyə bilərəm ki, intizamlı oynayırlar, müdafiədən hücuma tez çıxırlar. Bu cür komanda ilə oynamaq asan olmayacaq.

- Qazaxıstanın heyətində ən təhlükəli futbolçu kimi hesab edirsiniz?

- Fərdi qaydada kimisə fərqləndirmək istəmirəm. Oyunçularım Qazaxıstanın üstün tərəfləri barədə bütün məlumatlara sahibdirlər.

- Sabah komandanız meydana yoldaşlıq oyunu olduğunu düşünərək çıxacaq?

- Biz hər oyuna qələbə üçün çıxırıq. Qarşıdakı matç da istisna olmayacaq. Aydındır ki, çoxları Qazaxıstana qarşı ilk dəfə oynamayacaqlar. Bu isə bizim rəqibi tanımağımızdan xəbər verir.

скачать dle 12.1

Şərhlər