SON DƏQİQƏ

Ronaldo "Real"dan gedir

Tarix:

2-06-2018, 21:58

/ 10 390 dəfə oxundu.
Ronaldo "Real"dan gedir

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu komanda yoldaşlarına klubu tərk etdiyini bildirib.

Gunaz.az xəbər verir ki, Ronaldu Çempionlar Liqasının final oyunundan bir neçə həftə əvvəl komanda yoldaşlarından “Real Madrid”i tərk etmək niyyətində olduğunu gizlətməyib.

Ronaldunun narazılığının səbəbi klub rəhbərliyinin təkmilləşdirilmiş şərtlərlə yeni müqavilə təklif etməməsidir. Hazırda Ronaldunun klub ilə müqaviləsi 2021-ci ilin iyun ayına qədər imzalanıb.

Çempionlar Liqasının finalından sonra isə Ronaldu klubu yay ayında tərk edəcəyinə eyham edib. Fransanın “PSJ” klubu portuqaliyalı hücumçuya 45 milyon avro maaş, kluba isə transfer üçün 150 milyon avro ödəməyə hazırdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ