SON DƏQİQƏ

Ronaldo HƏBS OLUNUR?

Tarix:

31-05-2018, 00:10

/ 10 341 dəfə oxundu.
Ronaldo HƏBS OLUNUR?

İspaniyanın vergi orqanları Portuqaliya yığması və "Real"ın hücumçusu Kriştianu Ronaldunun vergidən yayınma işi üzrə həbs cəzasından yayınmaq üçün 14,7 milyon avro ödəmək haqqında təklifini rədd edib.

“Report” xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri yazıb.

Qəzetin məlumatına görə, vergi xidməti istəyir ki, 33 yaşlı futbolçu borcu ilə yanaşı cərimələri, həmçinin faizləri və digər xərclər də daxil olmaqla ümumilikdə 28 milyon avro ödəsin. Ronaldu bu məbləği iyunun 15-dək ödəməlidir, əks təqdirdə Dünya çempionatı - 2018-dən sonra o, məhkəmə qarşısına çıxmalı olacaq.

Ronaldu 2011-2014-ci illərdə 14,7 milyon avro həcmində vergidən yayınmaqda ittiham olunur. Prokurorluq hesab edir ki, futbolçu yaratdığı biznes qurumdan imic hüququndan əldə etdiyi gəlirləri azaltmaq məqsədi ilə istifadə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ