SON DƏQİQƏ

Daha iki yeyinti: Qarayev istintaqa cəlb edilə bilər?

Tarix:29-06-2020, 20:31 Oxunub:4 902

Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevə qarşı istintaq başladılmalıdır. Əgər o, vəzifə səlahiyyətlərindən sui-istifadə edibsə, qanunla mühakimə edilməlidir.

Bunu açıqlamasında hüquqşünas Fərhad Mehdiyev Hesablama Palatasının Mədəniyyət Nazirliyi nəzdindəki Azərbaycan Dövlət Filarmoniyasında vergidənyayınma və Nazirliyin Rusiyanın xalq artistlərindən birinə qanunsuz ödəniş etməsi hallarına görə keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin məsuliyyətə cəlb edilməsi ehtimalı haqda danışarkən deyib. O bildirib ki, bu və digər məsələlərdə nazirin rolu araşdırılmalıdır:

"Onu deyim ki, Hesablama Palatasının Azərbaycan Dövlət Filarmoniyasında aşkarladığı vergidənyayınma hallarına görə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev birbaşa məsuliyyət daşımır. Çünki o, nə Filarmoniyanın birbaşa rəhbəridir, nə mühasibatçısıdır, nə də onun bu quruma nəzarət etmə imkanları var. Yəni məsələ ilə bağlı tədqiqat aparılmalıdır. Əgər sübut olunsa ki, Filarmoniyada aşkarlanan vergidənyayınma hallarında Əbülfəs Qarayevin birbaşa əli var, o zaman onu məsuliyyətə cəlb etmək olar. Məsələ ilə bağlı sübut, dəlil olmadığı təqdirdə, o, bu işdə heç bir məsuliyyət daşımır”.

Hüquqşünas bildirib ki, Nazirliyin Rusiyanın xalq artistlərindən birinə qanunsuz ödəniş etməsi məsələsi daha ciddi haldır:

"Tədqiqat araşdırmalıdır ki, ilk növbədə bu şəxsə nə üçün pul verilib və ya Rusiya xalq artisti Azərbaycan paytaxtında olmadığı və dövlətə heç bir xidmət göstərmədiyi halda onun bank hesabına 26,2 min manat, "mənzilinin kirayəsi”nə görə isə icraçıya 7,2 min manat artıq vəsait nə üçün ödənilib? Bəzən bu kimi hallar lobbiçilik və ya ölkənin tanınması üçün edilir. Yəni mütləq araşdırılmalıdır, yalnız bu açıqlama hələ Əbülfəs Qarayevin günahkar olmasının təsdiqi deyil”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<