SON DƏQİQƏ
» » “Əbülfəs Qarayev dedi ki, bəsdir də, məndən nə istəyirsən...” - Şeyx Əbdül

“Əbülfəs Qarayev dedi ki, bəsdir də, məndən nə istəyirsən...” - Şeyx Əbdül

Tarix:

21-05-2020, 16:59

/ 1 308 dəfə oxundu.
“Əbülfəs Qarayev dedi ki, bəsdir də, məndən nə istəyirsən...” - Şeyx Əbdül

Mənim uzun illərd Əbülfəs Qarayevlə salam-kalamım olub. Son vaxtlar da verdiyim müsahibəyə görə, Flora Kəriomva tərəfindən tənqid edilmişəm. Bilmirəm, niyə məni tənqid hədəfinə gətiriblər. Digər tərəfdən, kimisə naziri vəzifəsinə qoymaq və ya nazir vəzifəsindən azad etmək prezidentin səlahiyyətində olan məsələdir. Prezident bu cür düşünürsə, deməli belə də olmalıdır.

Bu fikirləri Teleqraf.com-a rejissor Şeyx Əbdül Mahmudov deyib.

Rejissor əlavə edib ki, hazırda Mədəniyyə Nazirliyində baş verənlərlə bağlı istintaq gedir:

"Hər halda istintaqın nəticəsini gözləməliyik. İstintaqın nəticəsinə uyğun olaraq, fikrimizi bildirə bilərik. Sözsüz ki, heç kəs işlədiyi qurumda biabırçı halların olmasını arzu etməz”.

"Nazir Əbülfəz Qarayevin işdən çıxarılmasını necə qarşıladınız” sualına gəldikdə Şeyx Əbdül Mahmud dolayısı yolla Qarayevi onun naziri olmadığını ifadə edib:

"Azərbaycan Dövlət Kinemotoqrafçılar İttifaqının heç vaxt Mədəniyyət Nazirliyinə aidiyyəti olmayıb. Müstəqil təşkilat olub. Mən bunu dəfələrlə bəyan etmişəm. Hətta buna görə bir dəfə Əbülfəs Qarayev mənə dedi ki, bəsdir də, məndən nə istəyirsən... Cavab verdim ki, qardaş, kino hər zaman müstəqil olub. Çünki bu, istehsalatdır, sənayedir, elmdir, sənətdir. Bizi aparıb bağlamışdılar Mədəniyyət Nazirliyinin qulağına. Amma mən deyirdim ki, Azərbaycan kinosunun heç vaxt nazirliyə aidiyyəti olmayıb. Sonradan bu qurumu nazirliyin tərkibinə verdilər. Mən yenə də hesab edirəm ki, Azərbaycan Dövlət Kinemotoqrafçılar İttifaqı müstəqil olmalı və kino sənayesi ilə məşğul olmalıdır. Mədəniyyət Nazirliyinin isə teatrları, mədəniyyət evləri, kinozalları, musiqi məktəbləri var. Bir sözlə, haqq nədirsə, o da olsun. Cinayətə yol verən də cəzasını alsın. Xalqı çapıb talayanlar layiqli cəzasını almalıdır. Mən həmişə elə bilmişəm ki, Mədəniyyət Nazirliyi acından ölən qurumdur. Sən demə, başqa şeyər də var imiş”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ