SON DƏQİQƏ
» » Hirkan Milli Parkında bəbirlərin fotoları qeydə alındı

Hirkan Milli Parkında bəbirlərin fotoları qeydə alındı

Tarix:

5-03-2018, 22:40

/ 10 343 dəfə oxundu.
Hirkan Milli Parkında bəbirlərin fotoları qeydə alındı

Hirkan Milli Parkının Şindan meşəbəyliyinin ərazisində fevral ayı ərzində ardıcıl olaraq 1 yetkin və 2 kiçik bəbirin fotoşəkli qeydə alınıb.

Gunaz.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, fotoları bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirilən layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə əldə etmək mümkün olub.

Qeyd edək ki, Ümumdünya Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş bəbirin keçmiş arealı çox geniş olsa da, keçən əsrin 60-cı illərinədək, ümumiyyətlə, bəbirlərin ölkə ərazisində yaşadığını sübuta yetirən ciddi faktlar əldə olunmayıb.

Hazırda isə bu növə yalnız Talış dağlarında, Zəngəzur, Qarabağ və Naxçıvanın dağlıq ərazilərində rast gəlinir.

Hazırda Hirkan Milli Parkının ərazisində qeydə alınan bəbirlərin şəkilləri bu növün milli park ərazisində davamlı olaraq yaşadığını bir daha sübuta yetirir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ