SON DƏQİQƏ

Sürüşmə zonasında torpaq qatı ağırlaşıb

Tarix:

19-02-2018, 13:49

/ 1 068 dəfə oxundu.
Sürüşmə zonasında torpaq qatı ağırlaşıb

Son günlər yağan yağışdan sonra Bayıl sürüşmə zonasında torpaq qatı ağırlaşıb.

Gunaz.az  xəbər verir ki, bunu “Report”a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, hazırda sürüşmə olan əraziyə getmək təhlükəlidir: “Ərazidə çoxsaylı, onlarla çat var. Çatlarda kiçik dəyişiklik olsa belə onu müşahidə etmək mümkünsüzdür”.

Ə.Qaralov qeyd edib ki, mütəxəssislər ərazidə gündəlik araşdırmalar aparır: “Proses davam edir, sürüşmə aktiv fazadadır. Ərazidə sakin yoxdur”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ