SON DƏQİQƏ
» » Sumqayıtda qadın sürücü piyadanın üstündən keçdi

Sumqayıtda qadın sürücü piyadanın üstündən keçdi

Tarix:

14-01-2018, 23:45

/ 1 741 dəfə oxundu.
Sumqayıtda qadın sürücü piyadanın üstündən keçdi

Sumqayıtda qadın sürücü yol-nəqliyyat hadisəsi törədib.

Gunaz.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacibəyov küçəsində baş verib.

Belə ki, Sumqayıt şəhər Haci Zeynalabdin qəsəbəsi sakini, 1962-ci il təvəllüdlü Südabə Ağaverdi qızı Ağayeva Ü. Hacıbəyov küçəsində yolu keçmək istəyərkən onu qarşı tərəfdən gələn "Hyundai" markalı, 90-OF-039 dövlət nömrə nişanlı avtomobil vurub. Hadisə şahidlərinin sözlərinə görə, qadın sürücünün idarə etdiyi avtomobil o qədər yüksək sürətlə hərkət edib ki, Südabə Ağayevanı vurandan sonra onun üstündən keçib.

Hadisə nəticəsində piyadanın sağ bud sümüyü sınıb və o, ağır kəllə-beyin travması alıb. Yaralı Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən S.Ağayevanın vəziyyətinin ağır olduğu bildirilir.

Adı hələlik açıqlanmayan sürücü isə məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ