
Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARB TV xəbər verir ki, Xanqərvənd yolunda "KamAz" markalı yük maşını 1978-ci il təvəllüdlü, Vüqar Valiyəddin oğlu Xəlifəyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində avtomobildə olan sərnişin, sürücünün arvadı, 1989-cu il təvəllüdlü Mənzər Əfqan qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb. Sürücü V.Xəlifəyev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.