SON DƏQİQƏ

"Ölüm yuxusunun sairliyi"

Tarix:

6-03-2020, 14:02

/ 2 150 dəfə oxundu.
"Ölüm yuxusunun sairliyi"

Bu günlərdə dunya görmüş el ağsaqqalı , xeyirxah insan , şair Rafiq Zəbaninin  ilk  şeirlər kitabı isıq üzü görmüsdür .

R.Zəbani Astara rayonunun Ərçivan kəndində yasayır.
2015- ci ildə Rafiq müəllim həyat yoldaşı ilə birlikdə ağır avtomobil qəzası keçirib.
Yeddi gün koma vəziyyətində qalıb.Komadan ayıldıqdan sonra,  sanki yenidən doğularaq başqa aləmə düsüb  və onda usaqlıqdan şair olmaq arzusu onu tək buraxmayıb.
Şair olmaq üçün söz axtarmayıb. Çünki, söz onu məcbur edib ki, yazıb yaratsın. Bir - birindən maraqlı şeirlər yazaraq bir müddət gizli saxlayıb. Nəhayət ki kitabını çap etdirmək qərarına gəlib.
Şeirlərinin əksəriyyətini əzbərdən söyləyən Rafiq Dadaş oğlu Cəfərov Zəbani təxəllüsü ilə məşhurlaşmağa başlayıb.
İlahidən ilham alan şairin ata - babası dövrünün sayılıb - sećilən ziyalılarından olub.
Ana babası  Hacı Kazım  kişi isə  o divrdə çətinliklə də olsa Məkkə ,Mədinə və Kərbəlada müqəddəs ziyarətgahlarda   olmuş və o dövrün mütərəqqi fikirli , savadlı , ərəb və fars dillərini mükəmməl bilən el ağsaqqalı olub.
Rafiq Zəbani  Cəfərov ata kökündən  cənub bölgəsində böyük nüfuz sahibi olmuş  Hacı Bağır Cəfərov nəslindəndir Xeyirxahlıqda ata və ana kökünə çəkmiş Rafiq Zəbani son dərəcə vətənpərvər, qonaqpərvər  və zəhmətkeş  insandır.
Rafiq Zəbaninin " Ölüm yuxusunun şairliyi " adlı şeirlər  kitabında müxtəlif mövzulu - vətənpərvər , ilahi, fəlsəfi , məhəbbət və lirik şeirləri toplanmısdır.
Kitab " Ekoprint" mətbəəsində nəfis tərtibatda çap olunmusdur.
Bədii redaktoru olaraq   bildirim ki,  kitabın ərsəyə gəlməsində naşir Ceyhun Əliyevə , texniki redaktor Natiq Pasayevə ,  təcrübəli dizayner İradə Əhmədovaya , cildçi Çimnaz  İsmayılovaya təsəkkur edirəm.
Rafiq müəllimlə məni  istedadlı sair dostumuz, Agdam səhərində vaxtilə  mehriban qonsumuz olmuş və hazırda İzraildə yaşayan German Əlioğlu tanıs edərək  demisdi :
" -  Rauf, bu kişi  el ağsaqqalıdir, yaxşı insandir. Bir az seirlərə əl gəzdirmişəm.Yaxşıdır,  Köməkliyini əsirgəmə."
Rafiq müəllimlə tanıs olduq.
Son dərəcə yüksək insani keyfiyyətlərə  malik olan Rafiq Zəbaninin   şeirləri diqqətimi cəlb etdi.
Şeirlərini oxuduqca bu insanda  olan dərin düsüncə tərzinin sahidi oldum və çox sevindim.  Yazdıgım ürək sözlərimi  qısa da olsa kitaba daxil edmişəm.
Kitaba geniş və təhlili ön söz yazmış sair- publisist  Germana  dərin təşəkkür edirəm.
Rafiq Zəbanı növbəti , qəzəllər, satirik  və  məhəbbət  mövzulu , eyni zamanda aforizmlərindən ibarət digər kitablarını da çap etdirmək ərəfəsindədir.
İnanıram ki  bu seirlər kitabı müəllifə daha çox ugur qazandıracaqdır.
Təbrik edirəm , uğurların bol olsun Rafiq müəllim.
Növbəti kitabların da tezliklə  isıq üzü görər , inşallah .
Rauf İlyasoğlu ,
GunAz.az

 

скачать dle 12.1

Şərhlər