SON DƏQİQƏ

Bu gün Mikayıl Müşfiqin doğum günüdür

Tarix:

5-06-2018, 12:57

/ 10 872 dəfə oxundu.
Bu gün Mikayıl Müşfiqin doğum günüdür

1937-38-ci il represiyalarının qurbanı, istedadlı şair Mikayıl Müşfiqin bu gün doğum günüdür.

Gunaz.az  xəbər verir ki, azərbaycanlı şair, Azərbaycan Yazıçılar birliyinin üzvü, “Azərnəşr”in keçmiş redaktoru Mikayıl İsmayılzadı Əbdülqadir oğlu 1908-ci ilin 5 iyun tarixində dünyaya gəlib.

Mikayıl Müşfiq Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış istedadlı şairlərdəndir. Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib (1927-1931).

Məktəb fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub (bu məktəb indi onun adını daşıyır).

Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. İlk kitabı-"Küləklər" 1930-cu ildə nəşr olunub.

O, bədii tərcümə ilə də ciddi məşğul olub. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilib. Bunlar A.S.Puşkinin "Qaraçılar" (Ş.Abbasovla birlikdə),Taras Şevçenkonun "Kobzar"(Əhməd Cavadla birlikdə),Yegişe Çarensin "Şeirlər", S.Y.Marşakın "Huşsuza bax,huşsuza", M.F.Axundovun "A.S.Puşkinin ölümünə şərq poeması" kitablarıdır. 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunmuşdur. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görmüşdür.

Mikayıl Müşfiq 1938-ci il 6 yanvarda repressiya dövründə güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.

Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulub.

скачать dle 12.1

Şərhlər