SON DƏQİQƏ
» » ABŞ açıq şəkildə və həyasızcasına Livana müdaxilə edir - Hizbullah lideri

ABŞ açıq şəkildə və həyasızcasına Livana müdaxilə edir - Hizbullah lideri

Tarix:

14-12-2019, 14:29

/ 1 800 dəfə oxundu.
ABŞ açıq şəkildə və həyasızcasına Livana müdaxilə edir - Hizbullah lideri

"ABŞ rəsmiləri xüsusilə də bu dövlətin BMT-dəki nümayndəsi eləcə də dövlət katibi Mayk Pompeo Livanın daxili məsələlərinə müdaxiləni açıq-aşkar şəkildə bəyan edirlər. ABŞ və İsrail bu istiqamətdə ölkədə cərəyan edən son proseslərdən və aksiyalardan sui-istifadə edir və onu fərqli istiqamətlərə yönəldirlər."

GunAz.az xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah ötən gün çıxışı zamanı deyib.

Hizbullah lideri bildirib ki, ABŞ digər ölkələrdə olduğu kimi Livanda və başqa Yaxın Şərq ölkələrində də dərhal aksiyalardan yararlanmağa və etiraz dalğasını istədiyi kimi istiqamətləndirməyə çalışır.

"Amerikalılar Livanda və digər ölkələrdə həyasızcasına müdaxilə edir, yardım göstərməyi iddia edir və sonra öz şərtlərini qarşı tərəfə qəbul etdirirlər. ABŞ əvvəldən elə təlqin edir ki, İran olan yerdə etiraz var. Onlar deyir ki, Livandakı etirazlar İran və Hizbullah əleyhinədir. Lakin aksiyaçılar heç bunu demirlər. Bəzi ərəb dövlətlərinin mediası da bu istiqamətdə işlər görür və ABŞ-a yardım edir." deyə Hizbullah lideri ölkədə iqtisadi məsələlərə görə etiraz edənləri, eləcə də hökumət qurumlarını ABŞ-ın tələbləri barədə ayıq-sayıq olmağa çağırıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ