SON DƏQİQƏ
» » Hizbullah lideri ABŞ sanksiyaları ilə bağlı İran XİN rəhbərinə məktub yazıb

Hizbullah lideri ABŞ sanksiyaları ilə bağlı İran XİN rəhbərinə məktub yazıb

Tarix:

15-08-2019, 20:50

/ 1 780 dəfə oxundu.
Hizbullah lideri ABŞ sanksiyaları ilə bağlı İran XİN rəhbərinə məktub yazıb

"Siz dünya hegemonu qarşısında haqqın beynəlxalq dairələrdəki sözçüsüsünüz. Mən və digər qardaşlarım sizinlə həmrəy olduğumuzu elan edirik"

GunAz.az  əl-Məyadinə istinadla xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifə ünvanladığı məktubda deyib.

ABŞ-ın İran XİN rəhbərinə sanksiya tətbiq etməsinə münasibət bildirən Hizbullah lideri Vaşinqtonun bu addımını tənqid edib və Cavad Zəriflə həmrəy olduğunu bildirib.

Hizbullah lideri ABŞ sanksiyalarına münasibətin bildirilməsinin məhz 14 avqusta təsadüf etməsinin səbəbini də açıqlayıb.

"ABŞ sizin adınızın o şərafətli siyahıya salınmasını elan edəndə, mən və qardaşlarım bu fikirdə idik ki, sizə məktub göndərək. Amma belə qərara gəldik ki, bu məktubu 14 avqusta salaq. Həmin gün ki müqavimət hərəkatı İran İslam Respublikasının dəstəyi ilə 2006-cı ildə 33 günlük müharibədə Amerika və İsraili məğlub etdi", deyə Hizbullah lideri ABŞ-ın Cavad Zərfiə tətbiq etdiyi sanksiyaların acizlikdən irəli gəldiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ