SON DƏQİQƏ
» » ABŞ-ın yeni sanksiyaları çarəsizlikdəndir - İran XİN

ABŞ-ın yeni sanksiyaları çarəsizlikdəndir - İran XİN

Tarix:

28-06-2019, 17:54

/ 1 788 dəfə oxundu.
ABŞ-ın yeni sanksiyaları çarəsizlikdəndir  - İran XİN

“ABŞ-ın İrana qarşı yeni sanksiyaları çarəsizlikdəndir və onların heç bir hüquqi əsası yoxdur.”

GunAz.az Tasnim Agentliyinə istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi deyib.

İran rəsmisi ötən gün verdiyi müsahibə zamanı bildirib ki, ABŞ-ın son sanksiyaları rəsmi Tehran qarşısında çarəsiz qaldığından həyata keçirilir.

S. A. Musəvi həmçinin əlavə edib ki, bu sanksiyalar hüquq əsaslara malik olmadığından beynəlxalq qərarların və sazişlərin təməllərini də zəiflədir və onu süstləşdirir.

Eyni zamanda Cavad Zərif də ABŞ-ın yeni sanksiyalarına münasibət bildirərəkən, son sanksiyaların müharibənin alternativi deyil, elə müharibənin özü olduğunu deyib.

Qeyd edək ki, ABŞ hökuməti PUA-sının vurulmasından sonra Sepah-ın 8 yüksək rütbəli zabitinə, ali lider Ayətullah Xameneinin ofisinə, habelə XİN rəhbəri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ