SON DƏQİQƏ
» » İran CİA cəsusunu bu gün Livan vasitəsilə ABŞ-a təhvil verəcək

İran CİA cəsusunu bu gün Livan vasitəsilə ABŞ-a təhvil verəcək

Tarix:

10-06-2019, 19:19

/ 1 924 dəfə oxundu.
İran CİA cəsusunu bu gün Livan vasitəsilə ABŞ-a təhvil verəcək

 İran rəsmi mənbələri Livan əsilli ABŞ cəsusu Nəzzar Zakanın bu gün Hizbullaha təhvil veriləcəyini bildiriblər.

GunAz.az  FarsNews-a istinadla xəbər verir ki, bu barədə İran rəsmiləri məlumat veriblər.

Bildirilib ki, İran bu gün Nəzzar Zakanı Hizbullaha təhvil verəcək.

Əlavə edilib ki, ABŞ cəsusunun qarşı tərəfə verilməsi hər hansı bir anlaşma və ya saziş çərçivəsində aparılmır. Qeyd edilib ki, bu cəsusun ABŞ-a təhvil verilməsi sırf Hizbullah lideri Həsən Nəsrullahın xahişi ilə baş tutur.

Bəzi ərəb media qurumları bundan öncə bildiriblər ki, ABŞ da Nəzzar Zakanın təhvil verilməsi qarşılığında bir neçə Hizbullah və İran cəsusunu azad edəcək.

Qeyd edək ki, CİA cəsusu Nəzzar Zaka 2015-ci ildə İran İslam İnqilabı Keşikçilər Ordusunun (Sepah) Kəşfiyyat Bölməsi tərəfidnən ələ keçmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ