SON DƏQİQƏ
» » Hizbullah lideri İsrail silahlı qüvvələrini Hollivud ordusu adlandırıb

Hizbullah lideri İsrail silahlı qüvvələrini Hollivud ordusu adlandırıb

Tarix:

10-09-2019, 19:10

/ 1 335 dəfə oxundu.
Hizbullah lideri İsrail silahlı qüvvələrini Hollivud ordusu adlandırıb

"Məğlub olmayan ordu deyilən İsrail silahlı qüvvələri  indi meydanlarda aciz vəziyyətinə düşən Hollivud ordusuna çevrilib."

GunAz.az  əl-Məyadinə istinadla xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah Livan paytaxtı Beyrutda Aşura günü ilə bağlı etdiyi çıxışında deyib.

Hizbullah lideri ötən gün Livanın cənubunda İsrailin PUA-larının birinini vurulub salınmasına eləcə də ötən həftə İsrailin bir zirehli maşının vurulmasına toxunaraq, bu ordunu Hollivud ordusu adlandırıb.

Həsən Nəsrullah Hizbullahın xəbərdarlığından sonra İsrail ordusunun sərhəd zolağını boşaltmasına münasibət bildirib və vurğulayıb ki, barəsində təriflər deyilən bu ordunun etdikləri nümayiş məqsədilə həyata keçirilir.

Hizbullah lideri eyni zamanda bildirib ki, başçılıq etdiyi hərəkat Livan hökumətinin tərkib hissəsi kimi BMT Təhlükəsizlik Şurasının bölgədə atəşkəslə bağlı 1701-ci qərarına riayət edir. Hizbullah lideri bu atəşkəsi pozacaq və Livan ərazisinə təcavüz edəcək İsrailə dərhal cavabın veriləcəyini bəyan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ