SON DƏQİQƏ
» » Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

Tarix:

7-12-2019, 18:00

/ 1 842 dəfə oxundu.
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

Pakistan bundan öncəki kimi İranla Səudiyyə Ərəbistanı arasında gərginliyin azaldılması və aradan qaldırılması məqsədilə səylərini davam etdirəcək.

GunAz.az  xəbər verir ki, bunu Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat kaibi Məhəmməd Feysəl mətbuat konfransı zamanı deyib.

Pakistan XİN rəsmisi bildirib ki, ölkəsinin körfəzdə gərginliyin azaldılması istiqamətindəki addımları müsbət nəticə verib və bu səylər davam etdiriləcək.

Qeyd edək ki, Pakistan baş naziri İmran Xan oktyabr ayında İrana və Səudiyyə Ərəbistanına səfər edərək, tərəflərin mesajlarını qarşı tərəfə çatdırmışdı.

N.SAFURA

скачать dle 12.1

Şərhlər