SON DƏQİQƏ
» » İraq baş naziri Səudiyyə və İran arasında vasitəçiliyə başlayıb - Görüş Bağdadda baş tuta bilər

İraq baş naziri Səudiyyə və İran arasında vasitəçiliyə başlayıb - Görüş Bağdadda baş tuta bilər

Tarix:

25-09-2019, 13:57

/ 1 325 dəfə oxundu.
İraq baş naziri Səudiyyə və İran arasında vasitəçiliyə başlayıb - Görüş Bağdadda baş tuta bilər

 İraqın baş naziri Adil Əbdül-Mehdi bu gün ər-Riyada səfəri çərçivəsində İranla Səudiyyə arasında vasitəçilik addımlarını atmağa başlayacaq.

GunAz.az əl-Məyadinə istinadla xəbər verir ki, İraq baş naziri Adil Əbdül-Mehdi bu gün ər-Riyada səfəri çərçivəsində İranla Səudiyyə rəhbərliyi arasında Bağdadda görüşün baş tutması təklifini verəcək.

Məlumata görə İraq baş naziri bu səfər zamanı Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz və onun oğlu birinci vəliəhd Məhəmməd bin Salmanla görüşəcək.

Qeyd edək ki, İraqın "əd-Dəvət əl-İslamiyyə" partiyası da ötən aprel ayında iki ölkəni danışıqlar aparmağa çağırmışdı.

Bundan savayı Pakistanın baş naziri İmran Xan da ötən gün bildirib ki, Tramp və Səudiyyə kralı İranlı bağlı vasitəçilik etməsini istəyiblər.

скачать dle 12.1

Şərhlər