SON DƏQİQƏ

Tramp Səudiyyə kralı ilə danışdı

Tarix:

5-11-2017, 16:57

/ 1 086 dəfə oxundu.
Tramp Səudiyyə kralı ilə danışdı

ABŞ Prezidenti Donald Trampla Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əs-Səud arasında telefon danışığı baş tutub.

Gunaz.az xəbər verir ki, kral Salman telefon danışığı zamanı ABŞ-ın Nyu York şəhərində baş verən terroru qınayıb və ABŞ-ın ölkədə təhlükəsizliyi qorumaq və terrorla mübarizə baxımından gördüyü tədbirləri dəstəklədiyini bildirib.

Kral ABŞ-da terakt nəticəsində həlak olanların ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd edək ki, ABŞ-ın Nyu York şəhərinin Manhetten səmtində baş verən atışma nəticəsində 8 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Terrorçunun əslən Özbəkistandan olan Florida ştatı sakini Seyfulla Həbibullayeviç Sayipov olduğu bildirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ