SON DƏQİQƏ

Argentina Xameneinin məsləhətçisinin Bakıda həbs edilməsini tələb etdi

Tarix:12-11-2019, 08:08 Oxunub:1 135

Argentina 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzi AMIA-nın partladılması ilə əlaqədar yüksək ranqlı İran məsləhətçisinin Azərbaycanda həbs edilməsi barədə Azərbaycana sorğu göndərib. Bu haqda bazar günü, noyabrın 10-da JTA xəbər verib.

Əli Əkbar Vilayəti 14-15 noyabr tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək dünya dini liderlərinin ikinci sammitində iştirak etməlidir. Argentinalıların fikrincə Vilayəti terror aktı baş verən zaman Iranın xarici işlər naziri olub və birbaşa bombardmanın təşkilində əli var.

Argentinanın xarici işlər naziri Azərbaycanın Buenos-Ayresdə olan səfirini çağırıb və Argentina hökumətinin Vilayətinin Bakıda olmasından dərin narahatlığını bildirib. O Azərbaycandan bu şəxsin saxlanılması və təhvil verilməsində əməkdaşlıq etməyi xahiş edib.

Argentina müstəntiqləri beş keçmiş iran məmurunu həmçinin eks- prezident Əkbər Haşemi Rəfsəncanini 1994-cü il 18 iyulda avtomobilin partladılmasını təşkil etməkdə günahlandırırlar.

Vaxtaşırı analoji sorğular digər ölkələrə də göndərilib lakin nəticəsi uğursuz olub. 

GunAz.az

N.SAFURA

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<