SON DƏQİQƏ
» » Səudiyyə şahzadəsi bu ölkədə həbs edilə bilər – TƏLƏB

Səudiyyə şahzadəsi bu ölkədə həbs edilə bilər – TƏLƏB

Tarix:

27-11-2018, 14:33

/ 10 192 dəfə oxundu.
Səudiyyə şahzadəsi bu ölkədə həbs edilə bilər – TƏLƏB

“Human Rights Watch” hüquq-müdafiə təşkilatı jurnalist Camal Qaşışçının qətli ilə Argentinanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman barəsində tədbir görməyə çağırıb.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Clarin” nəşri bildirib.

Təşkilat Məhəmməd bin Salmanın Argentinanın paytaxtı Buenos-Ayresdə noyabrın 30-dan dekabrın 1-dək keçiriləcək sammitdə iştirak edəcəyi halda, onu həbs etmək xahişi ilə dövlət prokuroru Ramiro Qonzalezə məktub göndərib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, cinayət başqa ölkədə baş verib, məhkəməyə onu “bəşəriyyətə qarşı cinayətlər” təsnifatına salmaq və beləliklə, hüquq-müdafiə təşkilatının xahişini təmin etmək çox çətindir.

Qeyd edək ki, səudiyyəli jurnalist oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb. Bir çox ölkələr cinayətdə vəliəhd şahzadəni məsuliyyətli hesab edirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ