SON DƏQİQƏ
» » Ekspert: ABŞ donanmasını bir zərbə ilə tam məhv etmək olar

Ekspert: ABŞ donanmasını bir zərbə ilə tam məhv etmək olar

Tarix:

8-11-2019, 09:38

/ 1 267 dəfə oxundu.
Ekspert: ABŞ donanmasını bir zərbə ilə tam məhv etmək olar

ABŞ-la müharibə olarsa, Nyuport şəhərində yerləşən təyyarədaşıyan gəmiləri inşa edən yeganə ABŞ gəmiqayırma zavodunu vurmaqla bütün donanmanı məhv etmək olar.

GunAz.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı hərbi ekspert Konstantin Sivkov çıxış edib.

Sivkov ABŞ-ın təyyarədaşıyan gəmilərinin necə məhv ediləcəyini belə izah edib:

"ABŞ donanması hazırda müasir tələblərə cavab verən 12 təyyarədaşıyana sahibdir. Bir təyyarədaşıyan gəminin inşasına 5 il vaxt lazım olduğu üçün donanmanın yenilənmə tempi aşağıdır. Yüksək texnologiyaya malik bir düşmənlə müharibə aparılarsa, yeni təyyarədaşıyanları istifadəyə vermək və ABŞ təyyarədaşıyan gəmilərinin potensialını artırmaq çox çətin olacaq".

O qeyd edib ki, Rusiya ABŞ-la müharibəyə girərsə, gəmi əleyhinə raketlər istehsal edəcək və bununla ABŞ donanmasına ciddi zərbə vurulacaq.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ