SON DƏQİQƏ
» » “Xankəndi” gəmisinin tikintisi Azərbaycanın gücünü göstərir” – Prezident

“Xankəndi” gəmisinin tikintisi Azərbaycanın gücünü göstərir” – Prezident

Tarix:

6-09-2017, 16:02

/ 1 690 dəfə oxundu.
“Xankəndi” gəmisinin tikintisi Azərbaycanın gücünü göstərir” – Prezident

"Xankəndi” sualtı tikinti gəmisinin istifadəyə verilməsi tarixi hadisədir. Şadam ki, Azərbaycanda, Bakıda nəhəng gəmi inşa edilib. Gəmiyə "Xankəndi” adı verilib. Bunun da çox böyük mənası var. Xankəndi bizim qədim şəhərimizdir. Xankəndi adı bizim üçün əziz və doğmadır”.
Bunu Prezident İlham Əliyev sentyabrın 6-da Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə "Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən "Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində çıxışı zamanı deyib.
"Təsadüfi deyil ki, dünyada unikal standartlara cavab verən bu gəmiyə məhz Xankəndi adı verilib”, – dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, bu gəminin tikintisi Azərbaycanın gücünü göstərir: "Onu göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işi aparıla bilər. Bu gəminin tikintisi və istifadəyə verilməsi onu göstərir ki, vaxtı ilə gəmiqayırma zavodunun tikintisi haqqında verilən qərar düzgün idi. O vaxt bu qərarı verərkən, bu zavodun tikintisinə böyük sərmayə ayırarkən məhz bu məqsədi güdürdük ki, Azərbaycan istənilən növ gəmini inşa edə bilsin. Bu gəminin tikintisi eyni zamanda, onu göstərir ki, elə bir gəmi yoxdur ki, biz gəmiqayırma zavodunda onu inşa edə bilməyək”.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ