SON DƏQİQƏ

İran tankerinə zərbə endirildi, yardım edən olmadı

Tarix:14-10-2019, 09:36 Oxunub:1 732

Heç bir regional dəniz idarəsi Qırmızı dənizdə hücuma məruz qalan İran tankerinin qəza siqnalına cavab verməyib.

GunAz.az xəbər verir ki, bu bəyanatı İran Limanlar və Gəmiçilik Təşkilatı yayıb. Təşkilat gəminin 16 qəza siqnalı göndərdiyini bildirib.

İranın Bəndər Abbas limanının rəhbərliyi Ciddə limanına telefonla baş verənləri xəbərdar etdikdən sonra belə Səudiyyə Ərəbistanı İranın problemin miqyasını şişirtdiyini deyib.

Ərəbistan baş verənləri araşdırdıqdan sonra İrana məlumat verəcəyini bildirsə də, hələ də Tehrana heç bir məlumatın daxil olmadığı da vurğulanıb.

Qeyd edək ki, İranın “Sabiti” neft tankeri 11 oktyabrda hücuma məruz qalıb. İran tərəfi gəmiyə iki raket zərbəsinin endirildiyini açıqlayıb.

N.SAFURA

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<