SON DƏQİQƏ
» » İran Kanadadakı əmlakının müsadirə edilməsi haqda kəskin etiraz və xəbərdarlıq edib

İran Kanadadakı əmlakının müsadirə edilməsi haqda kəskin etiraz və xəbərdarlıq edib

Tarix:

14-09-2019, 21:10

/ 1 828 dəfə oxundu.
İran Kanadadakı əmlakının müsadirə edilməsi haqda kəskin etiraz və xəbərdarlıq edib

 İranın Xarici İşlər Nazirliyi Kanadanın bir məhkəməsi tərəfindən qeyri-diplomatik əmlakının müsadirə edilməsinə kəskin şəkildə etiraz bildirib.

GunAz.az İRNA-a istinadla xəbər verir ki, İran XİN-in sözçüsü Seyid Abbas Musəvi Kanada məhkəməsinin addımının beynəlxalq qanunları kobud şəkildə pozulması olduğunu bildirib.

İran XİN sözçüsü Kanada hökuməti və məhkəməsindən verilən qərarların ləğvini tələb edib.

S.A.Musəvi bildirib ki, "İran məkanından və zamanından asılı olmayaraq xalqının haqlarını müdafiə edəcək və onları geri alacaq."

İran XİN sözçüsü Kanada tərəfindən verilən qərarın mənfi nəticələri haqda xəbərdarlıq edib.

Qeyd edək ki, Kanadanın Ontario şəhərinin məhkəməsi ölkədə İrana məxsus olan və ümumi dəyəri 28 milyon dolları aşan obyektləri müsadirə etdiyini bildirib.

"Global News" un məlumatına görə, "ölkədə İran dövlətinə məxsus 28 milyon dollar dəyərində bir sıra obyektlər müsadirə edilib və bu obyektlər Hizbullah və HƏMAS-ın hücumlarından zərər çəkənlərə kompensasiya formasında ödəniləcək." Əlavə edilib ki, "İran dövlətinin və yaxın qurumların Ottava və Toronto şəhərlərində olan obyektlərinin satılması ilə zərərçəkmişlərə ödənişlər edilib."

Qeyd edək ki, Kanadada 2012-ci ildə qəbul edilən "Terror qurbanlarına ədalət" qanunundan sonra, Hizbullah və HƏMAS-a qarşı irəli sürülən iddialara görə İran dövlətinin bu ölkədəki qeyri diplomatik obyektlərinin müsadirəsi məsələsi meydana çıxıb.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ