SON DƏQİQƏ
» » ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

Tarix:

17-08-2019, 19:30

/ 1 756 dəfə oxundu.
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

  Amerika məhkəməsi Cəbəli-Tariq regional hökuməti tərəfindən sərbəst buraxılan İranın Grace-1 neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb.

GunAz.az EureNews-a istinadla xəbər verir ki, bu barədə Vaşinqtonun baş prokuroru Jessi Lyu mətbuata verdiyi açıqlamada məlumat verib.

Bildirilib ki, ABŞ məhkəmələrindən birinin İranın neft gəmisinin saxlanılması barədə hökmünü əks etdirən sənəd mövcuddur.

Əlavə edilib ki, ABŞ hökumətinin şikayətinə əsasən 2 milyon bareldən çox neft daşıyan gəmi müsadirə edilməlidir.

Qeyd edək ki, ABŞ hökuməti neft gəmisinin saxlanılması müddətinin artırılmasını tələb etsə də Cəbəli-Tariq Məhkəməsi gəmini azad edib.

Xatırladaq ki, İran gəmisi növbəti hədəfinin Aralıq dənizinin limanlarından biri olacağını bildirib. 43 gün öncə Britani dəniz qüvvələri Grace-1 gəmisini saxlayandan sonra İran da Hörmüzdə Britaniyaya məxsus bir gəmini saxlayıb.

скачать dle 12.1

Şərhlər