SON DƏQİQƏ
» » Cavad Zərif İran neft gəmisinin sərbəst buraxılmasına maraqlı münasibət bildirib

Cavad Zərif İran neft gəmisinin sərbəst buraxılmasına maraqlı münasibət bildirib

Tarix:

16-08-2019, 13:30

/ 1 863 dəfə oxundu.
Cavad Zərif İran neft gəmisinin sərbəst buraxılmasına maraqlı münasibət bildirib

 "Cəbəli-Tariqdə İran neft gəmisinin sərbəst buraxılması ABŞ-ın dəniz quldurluğu siyasətinin məğlubiyyətə uğramasını göstərir."

GunAz.az  xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Rəsmi twitter səhifəsində İranın Grace-1 neft gəmisinin Britaniyanın Cəbəli-Tariq muxtariyyəti tərəfindən sərbəst buraxılmasına münasibət bildirən Cavad Zərif, bu hadisəni ölkəsi üçün nəaliyyət adlandırıb.

O, ABŞ-ın bu məsələdə Cəbəli-Tariqə təzyiqlər göstərməsinə diqqət çəkib və bildirib ki, gəminin azad edilməsi Tramp Administrasiyasının dəniz quldurluğu siyasətinin məğlubiyyətə uğramasını göstərir.

Qeyd edək ki, Cəbəli-Tariqin Ali Məhkəməsi ABŞ-ın tələb və təzyiqlərinə baxmayaraq, İranın Grace-1 neft gəmisini sərbəst buraxıb. Son günlərdə ABŞ Ədliyyə Nazirliyi tərəfindən Cəbəli-Tariq regional hökumətinə mesaj göndərilib. ABŞ Ədliyyə Nazirliyi Cəbəli-Tariq hökumətindən İran gəmisinin saxlanılması müddətinin uzadılmasını istəyib.

Qeyd edək ki, Britaniya dəniz qüvvələri ay yarım öncə Cəbəli-Tariq sahilinə yaxın sularda İranın Grace-1 neft gəmisini saxlayıb. Britaniya bu addımı İran gəmisinin "Avropa İttifaqının Suriyaya tətbiq etdiyi sanksiyaları pozduğuna görə" atdığını bildirib. Buna cavab olaraq İran da ötən ay Hörmüzdə bir Britaniya gəmisini, "dəniz nəqliyyatı təhlükəsizlik qaydalarını pozduğuna görə" saxlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ