SON DƏQİQƏ

Müxalifət gəncləşməlidir- ŞƏRH

Tarix:

15-11-2019, 15:18

/ 1 284 dəfə oxundu.
Müxalifət gəncləşməlidir- ŞƏRH

Arzuman Abdulkərimov: "Əli Kərimlinin çevrəsində bir nəfər də lider olacaq sima, təfəkkür sahibi yoxdur"

"Hamısı şəxsiyyəti travmalı, milli dəyərləri yox həddində, söyüşdən başqa diskusiya variantı bilməyəndir"

Əsas prinsipi dövlət və dövlətçilik əleyhinə yönələn, ölkədə xaos, anarxiya yaratmaq məqsədi daşıyan radikal müxalifətin keçmişi kimi bu günü də qaranlıq fəaliyyətlərlə, yalançılıq, insanların heysiyyatı ilə oynamaqla yadda qalır. Hər addımbaşı insan hüquq və azadlıqlarından dəm vuran, demokratiya deyə barbar bağıran radikal siyasi düşərgə və onun liderləri insanların hüquq və azadlıqları üzərində öz şəxsi bizneslərini qururlar. Elə bu günlərdə Almaniyada qeyri-qanuni miqrantlara qarşı həyata keçirilən tədbirlərin fonunda bunu aydın şəkildə gördük.

Yaxud hakimiyyətdən kadr islahatları tələb edən, nisbətən qocaman məmurların vəzifələrindən uzaqlaşdırılmalı oiduğunu deyən müxalifət liderləri özləri on illərlə kley kimi yapşıb qaldıqları kreslolarını gənclərə vermək istəmir, müxalif düşərgəyə yeni nəfəs gəlməsini əngəlləyirlər.  Təbii ki, müxalifətin bu absurd yanaşması cəmiyyətdə onlara qarşı ikrah hissi yaradır, tənqid olunur. Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib ki, müxalifət liderləri dövlətdən, hökümətdən gənc kadrlar, gəncləşmək tələb edə-edə qocaldılar: "Hətta o həddə qədər qocadılar ki, özləri yenilənə, gəncləşə bilmirlər. İllərdir mövcud olmalarına baxmayaraq özlərindən başqa lider olacaq bircə kadr belə yetişməyib. Əslində və gərəkəni o idi ki, yetişsin. Olmadı, məcbur qalıb bir qocaya üz tutdular. Sabiq YAP-çı, deputat, nazir, məhbus və dövlətçiliyə, siyasi liderə düşmən mövqedə olduğunu gizlətməyən Əli İnsanovla dəyirmi masa arxasına keçdilər. Əli İnsanovla hansı demokratik cəmiyyət quruculuğu, ölkə gələcəyi ola bilər? Bu suala cavab verməyin özü də bunu düşünmək qədər absurddur. Bu aqressiv qafalılar anlamır ki, dünya çoxdan "düşmənimin düşməni mənim dostumdur" prinsipindən imtina edib. Hətta siyasi iddiaları da radikal yox, normal düşüncələr üzərindən bəyan edirlər. Dəyişiklikləri də eyni templə tələb və ya təklif edirlər. Aqressiya artıq keçmir. Ya da adekvat reaksiya doğurur. Necə ki, doğurdu. Noyabrın 2-də elan etdikləri aksiyaya qarşılıq olaraq, bir qrup gənc sosial şəbəkə üzrəindən  "biz də o aksiyaya yol verməyəcəyik" bəyanatı səsləndirdi. Qorxdular və gerilədilər".
Bəs əslində nə olmalı, nə baş verməlidir ki, bu günki müxalifətin dövlətçilik, millət maraqlarından iş gördüyünə insanlar inana bilsin?. Partiya rəsmisi deyir ki,  qəbul etməsə də hörmət eləsin, söyməsin, təhqir eləməsin, ələ salmasın onları: "Lazım olan bu ki, müxalifət gəncləşməlidir. Bizim mentalitetdə partiyalar lider üzərində qurulur. Yəni bir gün həmin lider olmasa, o partiya da olmur. AXCP-də bu gün vəziyyət belədir. Əli Kərimlinin çevrəsində bir nəfər də lider olacaq sima, təfəkkür sahibi yoxdur. Hamısı şəxsiyyəti travmalı, milli dəyərləri yox həddində, söyüşdən başqa diskusiya variantı bilməyən, siyasi dili olmayan, kriminal jarqonla danışan bir qrup gəncdən başqa kimsələri yoxdur. O üzdən Əli İnsanov simasında gülməli bir havadar gətiriblər özlərinə. Müxalifətin birləşdiyini, birgə addımlar atılacağını deyirlər. Absurddur! Məlum dəyirmi masalarında birləşən tərəflər arasına nifaqı məhz bu iki Əli salacaq. Çünki illər uzunu xislətləri bundan başqa nəsə ifadə etməyib. Beləliklə məqsədlərini, məramlarını da ortaya qoymuş olacaqlar". Arzuman Abdulkərimov onu da deyib ki, Azərbaycan "müxalifəti" başına cəm edib dövlət devirmək, hökümət yıxıb, hökümət qurmaq, demokratiya standartı tətbiq etmək həvəsindədir: "Yaşın məsələyə dəxli olmasa da, amma insan kiminlə yan-yana durduğunu gərək anlasın.
Məsələn, İnsanov gərək öncə hesabat verə ki, 11 adda daşınmaz əmlakı bir nazir maaşı ilə necə əldə eləmişdi? "Faşistlərə" sarı gələn İnsanovun evində 523 adda qızıl-zinət əşyaları aşkarlanmışdı, onları istintaq qrupu haradan əldə eləmişdi? O dövrdə mülki iddianın təmin edilməsi üçün 23 milyon 372 min 37 manat 71 qəpik dəyərində daşınmaz əmlaklar üzərinə məhkəmə qərarları əsasında həbs qoyulub. O bu vəsaiti və əmlakı hansı demokratik yolla qazanmışdı? Bəlkə onlarla dövlət əmlakı olan obyekti necə sökdürməsi, sonra övladlarının adına necə özəlləşdirməsi barədə məlumatları açıqlaya. Misal üçün, AXCP və ya Milli Şuranın toplantısında və ya icazəsiz keçirilməsini planlaşdırdıqları aksiyalardan birində də açıqlaya bilər". Partiya rəsmisi bildirib ki,  Lüksemburq Hersoqluğunun "Bank de Lüxenvurq" kommersiya bankında Əli İnsanovun 1 milyon 280 min 645 dollar 57 senti, oğlu Vidadi İnsanovun 255 min 65 avro məbləğində pul vəsaiti saxlanılır: "Bu hələ bircə hesabdan bəlli olan məbləğdir. Azərbaycanın müraciəti əsasında dondurulub. Bu vəsaitlər onun neçə aylıq maaşıdır əcəba? Bəlkə buna aydınlıq gətirə ki, necə gedib çıxıb vəsaitlər Lüksemburqa? İndi müxalifət bu adamı gətirib Azərbaycanda yeni cəmiyyət, yeni dövlət qurmaq üçün baş siyasətçi, lider eləmək istəyir. İnsanları maarifləndirməkdən yanayıq, bu adamları millətin tanıması lazımdır. Müxalifətin Əli İnsanov kimi biriylə yaxınlaşması, işbirliyinə girməsi təkcə dövlətə deyil, siyasi hakimiyyətə deyil, həm də sıravi vətəndaşlara xəyanətdir. Bu birliyin törədəcəyi cinayətlərə isə gələcəkdə təkcə Əli İnsanov yox, həm də Milli Şura və AXCP cavab verəcək. Həm tarix, həm dövlət, həm də millət qarşısında.
Son olaraq bir şeyi də qeyd etmək istərdim. Nə üçün bu kimi radikal hərəkətlər, icazəsiz aksiyalar dövlət başçısının islahatlar apardığı ərəfələrdə baş verir? Deməli bu insan(ov)lar bir mənalı şəkildə islahat prosesinə mane olmağa çalışırlar. Bu da cavabları.
Prezident İlham Əliyev: "İslahatların alternativi yoxdur".

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ