SON DƏQİQƏ
» » İnqilab diktaturaya keçir: Nikolun partiyasında narazılıq artır

İnqilab diktaturaya keçir: Nikolun partiyasında narazılıq artır

Tarix:

12-06-2019, 11:52

/ 1 906 dəfə oxundu.
İnqilab diktaturaya keçir: Nikolun partiyasında narazılıq artır

Nikol Paşinyanın Mülki Müqavilə Partiyası daxilində gərginlik artır.

GunAz.az xəbər verir ki, bu iddia ilə “Jamanak” qəzeti çıxış edib.

“Abovyandakı mer seçkisində partiyasının uduzmasından sonra çıxış edən Baş nazir Nikol Paşinyan bu seçkidə inqilab və demokratiyanın qələbə qazandığını açıqladı. Bizim mənbələrimizin verdiyi məlumata görə, Mülki Müqavilə Partiyasının daxilində Paşinyanın dediyi demokratiya və onun nəticələri barədə böyük narazılıq yaranır. Partiya üzvləri hesab edirlər ki, Ermənistan hələ demokratiyaya hazır deyil və indi ölkəni klan sistemindən azad edəcək güclü əl lazımdır, əks təqdirdə mövcud sistem çox sürətli şəkildə demokratiya və inqilabı yox edəcək”, – deyə məqalədə bildirilib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ