SON DƏQİQƏ
» » “Keçmiş jurnalist Sərkisyanı aldatdı” – BBC Paşinyan haqda

“Keçmiş jurnalist Sərkisyanı aldatdı” – BBC Paşinyan haqda

Tarix:

8-12-2018, 21:30

/ 10 313 dəfə oxundu.
“Keçmiş jurnalist Sərkisyanı aldatdı” – BBC Paşinyan haqda

Dekabrın 9-da Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilər haqda BBC-nin yayımladığı məqalədə baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın çətin imtahan qarşısında qaldığı bildirilir.

GunAz.az xəbər verir ki, məqalə müəllifi Paşinyanın seçkiləri tələsək keçirməsinə və bununla özünə rəqib olacaq siyasi qüvvələri neytrallaşdırmasına diqqət çəkib.

Məqalədə Nikol Paşinyanın seçkilərdə qalib gələcəyi, lakin onun verdiyi vədləri yerinə yetirməyin çətin olacağı vurğulanır:

“Keçmiş jurnalist, indi isə ölkəsinin əsas siyasi fiquru olan 43 yaşlı Nikol Paşinyan ermənilərin ümid yerinə çevrilib. Aprel ayında xalqı küçələrə çıxarmağı bacaran Paşinyan verdiyi vədləri yerinə yetirməlidir. İlkin gözlənti də seçkilərin demokratik şəraidə keçirilməsidir. Hələ ki cəmiyyət arasında öz populyarlığını qoruyan Paşinyan bu barədə özündə şübhə yaratmır. Amma seçkilərdən sonra vəziyyət başqa cür də ola bilər. Bunu zaman göstərəcək”.

Məqalə müəllifi Nikol Paşinyanın seçkilərdə əsas rəqibi olan keçmiş prezident Serj Sərkisyanın Respublikaçı Partiyasını hiyləgərliklə vaxtından əvvəl məğlub etməsinə diqqət çəkir.

Müəllif bu fikrini partiya sədrinin müavini Armen Aşotyanın son çıxışı ilə izah edir: “Aşotyan iddia edir ki, Paşinyandan başqa bütün siyasi qüvvələr seçkilərə hazırlıqsız gedir. Aşotyan eyni zamanda, onu hiylə işlətməkdə və cığallıq etməkdə ittiham edir və qeyd edir ki, bu, seçkilərin nəticəsinə təsir göstərəcək”.

скачать dle 12.1

Şərhlər