SON DƏQİQƏ
» » Təbii kərə yağını seçməyin üsulları – Marketdə buna diqqət edin

Təbii kərə yağını seçməyin üsulları – Marketdə buna diqqət edin

Tarix:

5-01-2019, 19:47

/ 10 305 dəfə oxundu.
Təbii kərə yağını seçməyin üsulları – Marketdə buna diqqət edin

Son zamanlar faydalı olduğu üçün kərə yağından istifadə edənlərin sayı çoxalıb. Kərə yağının təbii olub-olmadığını yoxlamaqsa çətin deyil.

Teleqraf.com-un təqdim etdiyi üsullarla kərə yağının keyfiyyət və təbiiliyini dəqiqləşdirmək mümkündür.

Kərə yağı tez əriməlidir. Tavada əriyəndə çıxan köpüklər onun təbii olduğunu göstərir.

Keyfiyyətli və orqanik kərə yağının sapsarı olması fikri tamamilə səhvdir. Kənd məhsulundan fərqli olaraq marketdə satılan və rəngi qızıl sarısına çalan kərə yağında bol miqdarda əlavələr ola bilər.

Buna görə də işıqda ağa çalan və çox açıq rəngi olmayan kərə yağı almağa çalışmalısınız.

Keyfiyyətli kərə yağını iylədikdə paketindən qoxunu hiss edə bilərsiniz. Əgər heç bir qoxu gəlmirsə, kərə yağı sünidir. Orqanik kərə yağındakı qoxu paketin çölündən belə hiss olunur.

Eyni zamanda yemək bişirərkən yaydığı iştah açan və aclıq hissi yaradan kərə yağı da təbii sayıla bilər.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ