SON DƏQİQƏ
» » AZTOA-nın 10-cu konqresi keçirildi - FOTO + VİDEO

AZTOA-nın 10-cu konqresi keçirildi - FOTO + VİDEO

Tarix:

23-05-2018, 12:05

/ 10 911 dəfə oxundu.
AZTOA-nın 10-cu konqresi keçirildi - FOTO + VİDEO

19-20 May 2018-ci ildə Hyat Recency otelində AZTOA-nın 10-cu konqresi keçirildi.

Gunaz.az saytının nümayəndəsinin iştirakı ilə keçirilən  tədbirdə Azərbaycan travmatoloqları ilə yanaşı Avropa ölkələrindən, Rusiyadan, Türkdilli ölkələrdən xeyli qonaqlar iştirak edirdi. 2 gün davam edən konqresdə travmatologiya və ortopediyanın günümüzdən ən aktual olan mövzuları barədə, o cümlədən mualicə və diaqnostikada nailiyyətlərlə mütəxəssislər xeyli məlumat mübadiləsi etdilər. Yeniliklərlə tanış oldular. Ortopedik əməliyyatlarda ən son texnoloji imkanlardan bəhs olundu.

 AZTOA prezidenti, tibb elmləri doktoru, professor Yaşar Cəlilov bildirdi ki, ölkə travmatoloqları və ortopedlərini birləşdirən assosiasiyanın illik toplantıları Azərbaycan həkimlərinin bir-biri ilə yaxın ünsiyyəti və məlumat mübadiləsində, xarici mütəxəssislərlə inteqrasiya, əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahənin həkimləri hər il bu konqresdə maksimum sayda iştirak edir.

Hər il olduğu kimi bu il də ən aktual mövzulara toxunulub, problemlər aşkara çıxarılır. Yerli həkimlərin ən son tibbi texnologiyalarla tanışlığına imkanlar yaradılır. Həkimlərimizin kvalifikasiyasının artırılması istiqamətində birgə müzakirələr aparılır.

Elvin

Abbaslı

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ