SON DƏQİQƏ
» » UTGDİB “Şəhidlər ölməz-Vətən bölünməz” adlı düşərgəni təşkil edib

UTGDİB “Şəhidlər ölməz-Vətən bölünməz” adlı düşərgəni təşkil edib

Tarix:

10-11-2017, 18:20

/ 951 dəfə oxundu.
UTGDİB “Şəhidlər ölməz-Vətən bölünməz” adlı düşərgəni təşkil edib

UTGDİB “Şəhidlər ölməz-Vətən bölünməz” adlı düşərgəni təşkil edib

Azərbaycan Respublikası (AR) Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi AR Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Şəhidlər ölməz-Vətən bölünməz” adlı düşərgəni İsmayıllı rayonunun Diyallı kəndində 26-29 oktyabr tarixlərində təşkil etdi. Layihə həmçinin  “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində həyata keçirilmişdir.

Layihənin məqsədi vətənpərvərlik hissini uşaqlarımıza, gənclərimizə aşılamaq, onlarda Vətənə sevgi, sədaqət və fədakarlığı tərbiyə etməkdir.

30 nəfərə yaxın layihə iştirakçıları ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında seçilib. Düşərgədə iştirakçılara mövzuya uyğun məlumat verilib və vətənpərvərlik mövzusunda oyunlar, musiqi təşkil edilib. Layihə iştirakçılarına vətənpərvərlik ruhunda köynəklər və papaqlar paylanılıb, layihə haqqında maarifləndirici bukletlər verilib.

Layihə iştirakçılarına düşərgənin bağlanış mərasimində sertifikatlar verilib.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ