SON DƏQİQƏ
» » "Muğam dünyası" adlı layihəsi çərçivəsində BDU-nun tələbəsi Rəqsanə Əsədova Milli ahəngimiz adlı konsert proqramı tədbiri təşkil edib

"Muğam dünyası" adlı layihəsi çərçivəsində BDU-nun tələbəsi Rəqsanə Əsədova Milli ahəngimiz adlı konsert proqramı tədbiri təşkil edib

Tarix:

6-11-2017, 18:38

/ 1 221 dəfə oxundu.
"Muğam dünyası" adlı layihəsi çərçivəsində BDU-nun tələbəsi Rəqsanə Əsədova Milli ahəngimiz adlı konsert proqramı tədbiri təşkil edib

BDU-nun Tələbə Həmkarlar İttifaqi Komitəsi, “Muğam Dünyasi” qrupu ve BDU-nun kimya fakültəsinin IV kurs tələbəsi "Muğam dünyası" adlı layihəsi çərçivəsində Rəqsanə Əsədovanın layihə rəhbəri kimi təqdim etdiyi “Milli Ahəngimiz” adi altinda təşkil olunmus konsert proqrami 3 noyabr 2017-ci il tarixində BDU- nun böyük zalında baş tutdu.

Konserti THİK-in sədri Daşqın Qənbərov açdı. O çıxışında Rəqsanə Əsədovanın bu milli musiqi irsimizin təbliğat xarakterli təşəbbüskarlığını təqdirəlayiq hesab etdi ve belə layihələrin gələcəkdə onun yaradıcığına təkan olaraq, daha geniş kütlə qarşısında və Respublikamizin hüdudlarından kənarlarda da reallaşdırılması təklifini irəli sürdü. Sonra layihə rəhbəri M.İbrahimov məktəbinin yetirməsi ,Respublika muğam ifaçılığı üzrə silsilə musabiqələrin qalibi, gənc və istedadlı xanəndə Rəqsanə Əsədova “Dəşti təsnifi” ilə konsert proqramının ilk acilis çıxışını etdi.

Konsert proqramı bəstəkar və xalq mahnıları, muğamlardan ibarət 13 musiqi nömrəsi ilə dinləyici auditorıyasını musiqinin ecazkar sehrinə apardı. Çıxışlararası “Muğam Dünyası” qrupunun rəhbəri N. Müslümov və onun müavini L. Hüseynova öz çıxışlarında Rəqsanə xanımın təşkil etdiyi bu tədbiri təqdirəlayiq hesab etdiklərini vurğuladılar və “Muğam Dünyasi” qrupunun son dövrlərdəki uğurlu layihələrindən bəhs etdiler.

Sonra konsert proqramında Milli Konservatoriyanin və BDU-nun tələbələri öz ifalarını nümayiş etdirdilər.Proqramın ifaçı həyəti: E. Məmmədov, X.Niftəliyev, G.Həsənova, A.Abbasov, G.Babayeva, Ə.Quluzadə, N.Məmmədova, P.Heydərov, Ü.Orucova, C.Qəmbərov, E.Əsədov, X. Şərifov kimi gənc istedadlardan ibarət idi. Musiqiləri tarda F.Yusifli, kamancada İlqar Kərimov, nağarada R.Fuadoğlu, kanonda Z. Rəhimli, pianoda R.Qurbanova və Ə.Vahidov, balabanda A. Vəlizadədən ibarət tələbə gənclərdən təskil olunmusdur. Konsert proqramı dinləyici auditorıyası tərəfindən böyük rəğbətlə və coşğulu alqişlarla qarşılandı.

Gunaz.az

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ