SON DƏQİQƏ
» » Ermənistan parlamenti anti-Rusiya layihəsinə səs vermədi

Ermənistan parlamenti anti-Rusiya layihəsinə səs vermədi

Tarix:

3-10-2017, 19:17

/ 1 120 dəfə oxundu.
Ermənistan parlamenti anti-Rusiya layihəsinə səs vermədi

Ermənistan Avrasiya Birliyindən çıxmasını nəzərdə tutan qanun layihəsi parlamentdən keçməyib. Belə ki, “Yelk” (“Çıxış”) fraksiyanın parlamentə təqdim etdiyi layihə dəstəklənməyib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, parlamentdə təmsil olunan Daşnaksütyun, Respublika partiyaları və “Tsarukyan” bloku qanun layihəsinin əleyhinə səs verib.
Qeyd edək ki, “Yelk” bloku ölkənin Avrasiya Birliyindən çıxması ilə əlaqədar müvəqqəti komissiyanın yaradılmasını təklif edirdi. Ermənistanda son aylar Qərbə inteqrasiya tərəfdarları kimi çıxış edən bəzi qüvvələr Avrasiya İqtisadi Birliyindən çıxmaq, bununla da Rusiyanın təsir dairəsindən uzaqlaşmaqla bağlı təşəbbüs qaldırıblar. Bəzi ekspertlər hesab edir ki, əslində bu təşəbbüsün arxasında Rusiya ilə Qərb arasında manevrlər edən, həmçinin Rusiyadan 2018-ci ildə hakimiyyətini uzatmaq üçün dəstək almağa çalışan Serj Sərkisyanın özü dayanır.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ