SON DƏQİQƏ
» » 27 kəndi rus işğalı zamanı dağıdılan mahal - Qərbi Azərbaycan Xronikası - VİDEO

27 kəndi rus işğalı zamanı dağıdılan mahal - Qərbi Azərbaycan Xronikası - VİDEO

Tarix:

16-08-2023, 22:45

/ 4 343 dəfə oxundu.
27 kəndi rus işğalı zamanı dağıdılan mahal - Qərbi Azərbaycan Xronikası - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Əsgər İbrahimovun müəllifliyi ilə erməniləRin müxtəlif vasitələrlə yadlaşdırmağa çalışdığı tarixi torpaqlarımızdan biri – Talın mahalı haqqında süjet hazırlanıb.

"Ermənilərin yadlaşdırmağa çalışdığı Talın mahalı” adlı süjetdə əsrlər boyu erməni millətçilərinin azərbaycanlılara qarşı məkrli planları ardıcıl, sistemli şəkildə həyata keçirildiyi, indiki Ermənistanın əhatə etdiyi, tarixən azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkanlar boşaldıldığı, adların dəyişdirildiyi, bəhanəvə uydurmalarla yaddaşlardan silməyə cəhd göstərildiyi vurğulanır.

Bildirilir ki, Qərbi Azərbaycanda tarixi məkanlardan biri olan Talın mahalı İrəvan əyalətinin şimal-qərb sərhədlərini əhatə edir: "Mahal İrəvan xanlığının şimal-qərbində Ələyəz (Alagöz) dağının cənub ətəklərində yerləşir. Məşhur Talın karvansarası və Talın qalası bu ərazidədir. Mahalda mövcud olmuş 47 kənddən 27-si rus işğalı nəticəsində dağıdılıb. Talın bölgəsində Aynalı, Quldərviş, Əkərək, Aşnaq, Mehriban, İrind, Sultanabad kimi kəndlər mövcud olub”.

Diqqətə çatdırılır ki, göz oxşayan əsrarəngiz mənzərəyə, çəmənliklərə, hündür silsilə dağlara malik olan mahalın mərkəzi Talin rayonu idi. Rayon 1930-cu il sentyabrın 9-da yaradılıb: "Rayon mərkəzi Yuxarı Talın qəsəbəsi sayılıb və buradan İrəvan şəhərinə olan məsafə 74 kilometr təşkil edib. İndi Aragatz adlandırılan Talin Ermənistanın inzibati ərazi bölgüsündə rayon kimi göstərilib. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə 1935-ci ildən 1978-ci ilədək rayon üzrə tarixi yer adları dəyişdirilərək saxtakarlaşdırılıb. Talın mahalı əvvəl Talin rayonu, indi isə Araqaçotn rayonu adlanır”.

Süjetin sonunda qeyd olunur ki, yalan və saxtakarlıq üzərində qurulan erməni siyasəti öz işini zaman-zaman görüb: "Havadarlarına arxalanaraq başqa millətlərə qarşı xain davranan haylar daim qonşularına xəyanətkarlıq edib, kin, nifrət bəsləyiblər. Zaman gələcək "xain xəyanətinin cəzasını mütləq çəkəcək” və amansızlıqlar göstərərək didərgin saldığı Qərbi azərbaycanlılar doğma Vətənlərinə qayıdacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ