SON DƏQİQƏ

Tələbə krediti ilə bağlı yeni xəbər

Tarix:

7-09-2021, 09:12

/ 4 286 dəfə oxundu.
Tələbə krediti ilə bağlı yeni xəbər

Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti üçün yay aylarından sürətli işlər başladılıb. Fondun hansı forma və sxemdə işləməsi barədə yaxın zamanda ictimaiyyətə məlumat veriləcək.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı çoxtərəfli işlər aparılır:

"Məsələn, bank seçmək, tələbənin universitetdə hansı ixtisas üzrə nə qədər kredit götürməsi və s. Yəni proses göründüyü qədər də sadə deyil. Fondla bağlı işlər görülür və əminik ki, bunun bütövlükdə nəticəsindən tələbələrimiz istifadə edəcək”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ