Tələbə təhsil kreditləri ehtimal var ki, Azərbaycanda təhsil alan xarici tələbələrə şamil olunmayacaq.
Bunu Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə, fondla bağlı qərarlar qəbul edildikdən sonra daha ətraflı məlumat veriləcək:
"Burada məqsəd təhsilin tələbələrimiz üçün təhsilin əlçatanlığının təmsil edilməsidir. Kreditlər haqqında qaydalar bir ay ərzində hazırlanarsa, sentyabrdan etibarən tələbə təhsil kreditlərinin verilməsi planlaşdırılır"