SON DƏQİQƏ
» » "Daha yüksək nəticə gözləyirdim" - 91 bal toplayan MİQ iştirakçısı

"Daha yüksək nəticə gözləyirdim" - 91 bal toplayan MİQ iştirakçısı

Tarix:

Bu gün, 15:13

/ 2 633 dəfə oxundu.
"Daha yüksək nəticə gözləyirdim" - 91 bal toplayan MİQ iştirakçısı

"İxtisas sualları çox rahat idi, kurikulum isə daha çox məntiq tələb edirdi".
GunAz.az xəbər verir ki, bu sözləri MİQ imtahanında 91,25 bal toplayan ibtidai sinif müəllimliyi üzrə namizəd Səbinə Babayeva azedu.az-a açıqlamasında bildirib.
"2015-ci ildə Azərbaycan Dövlət Müəllimlər Universitetini bitirmişəm. Bir müddət ailə vəziyyətimlə əlaqədar müəllimlik fəaliyyətimə fasilə vermişdim. Son 3-4 ildə isə mütəmadi olaraq MİQ imtahanlarında iştirak etmişəm. Əvvəlki illərdə 87 bal ətrafında nəticələr göstərmiş və müxtəlif məktəblərdə müddətli əmək müqaviləsi ilə çalışmışam. Bu il isə 91,25 bal topladım. Açığı, özümdən daha yüksək nəticə gözləyirdim. 
Çünki bu il imtahana daha ciddi hazırlaşmışdım. İxtisas sualları mənə çox rahat gəldi. Hətta düşünürəm ki, həmin hissədə səhvim olmaya da bilər. Kurikulum bölməsində isə suallar daha uzun idi və cavab variantları bir-birinə çox yaxın olduğundan seçim etmək üçün məntiqi yanaşma tələb olunurdu. Vakansiya seçimində Bakı şəhərində yerləşən məktəblərə üstünlük verməyi planlaşdırıram. 
Ötən il Ankara Məktəb Liseyində müddətli əmək müqaviləsi ilə çalışmışdım və orada çox gözəl təcrübə qazandım. Şagirdlərim və valideynlərlə də çox yaxşı münasibətlərimiz formalaşmışdı. Hazırda onlar da imtahan nəticəmi böyük həyəcanla gözləyirlər.
Magistr təhsilim yoxdur. Lakin MİQ prosesini uğurla başa vurduqdan sonra magistratura təhsili almağı da planlaşdırıram".
скачать dle 12.1

Şərhlər