SON DƏQİQƏ

Blok üzrə imtahan heç bir ölkədə yoxdur

Tarix:

28-05-2025, 12:05

/ 2 416 dəfə oxundu.
Blok üzrə imtahan heç bir ölkədə yoxdur

Buraxılış imtahanlarından fərqli olaraq, qəbul imtahanlarında sualların hansı səviyyədə salınması ilə bağlı Dövlət İmtahan Mərkəzinə irad bildirə bilmirik. Çünki buraxılış imtahanı şagirdlərin real bilik və bacarıq səviyyəsinə əsaslanmalıdır. Blok imtahanı isə qəbul imtahanı hesab olunduğu üçün suallar asan və ya çətin qoyula bilər.
GunAz.az xəbər verir ki , “Belə bir anlayış var ki, bilirsənsə asan, bilmirsənsə çətindir. Şagirdlər də bilib yazdıqlarını asan, yaza bilmədiklərini isə çətin hesab edirlər. Təbii ki, belə halda DİM də öz mövqeyini müdafiə edir.
Ancaq qəbul imtahanlarında ciddi boşluq var. Düşünürəm ki, qəbul imtahanı ixtisaslar üzrə imtahanlarla əvəz olunmalıdır. Ölkədə hazırda 150-yə yaxın ixtisas var və 150 ixtisas üzrə də imtahanlar keçirilməlidir. Blok üzrə imtahanlar dünyanın heç bir ölkəsində yoxdur. Qəbul imtahanlarının keçirilməsi Azərbaycan gəncinin arzuladığı ixtisas üzrə ali məktəbə qəbul olmaq şansını məhdudlaşdırır”, - ekspert qeyd edib.
Qeyd edək ki, qəbul imtahanında iştirak etmiş şəxslər sualların mürəkkəb və dərsliklərə uyğun olmadığını bildiriblər.
Məsələ ilə bağlı DİM isə açıqlamasında bildirib ki, qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır. Qəbul proqramı hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanıb.
скачать dle 12.1

Şərhlər