SON DƏQİQƏ
» » Bu ixtisas üzrə qabiliyyət imtahanı keçirilir

Bu ixtisas üzrə qabiliyyət imtahanı keçirilir

Tarix:

4-08-2023, 13:00

/ 1 626 dəfə oxundu.
Bu ixtisas üzrə qabiliyyət imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin I ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən memarlıq ixtisasına qəbul olmaq üçün qabiliyyət imtahanı keçirilir.

Mərkəzdən bildirilib ki, imtahan vermək üçün 324 nəfər qeydiyyatdan keçib.

İmtahan avqustun 4-5-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman kompleksində (ünvan: Ayna Sultanova küçəsi, 11) keçirilir. Bu gün iki, sabah isə bir növbədə imtahan keçirilməsi nəzərdə tutulub.

İştirakçılar buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsi ilə birlikdə müəyyən olunmuş saatda imtahan binasının qarşısında olmalıdırlar.

İmtahanın müddəti 3 saat 45 dəqiqədir. Abituriyentlər A3 formatlı kağız üzərində naturadan gipsdən hazırlanmış antik başın təsvirini çəkirlər.

İmtahan nəticələri ilə bağlı abituriyentlərin müraciətlərinə avqustun 6-da saat 09:00-dan 12:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərəcək Apellyasiya komissiyası tərəfindən baxılacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ