
ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman hökumət rəsmiləri ilə görüş və "Bakı Enerji Həftəsi” tədbirində iştirak etmək üçün Azərbaycana səfər edib.
GunAz.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, Energetika Resursları Bürosunun əsas vəzifələrindən biri ABŞ-ın Azərbaycanla və digər ölkələrlə enerji əlaqələrinin gücləndirilməsidir.