SON DƏQİQƏ
» » Üçtərəfli müqavilədən 1 il 6 ay keçsə də 16 sm irəlləyiş yoxdur

Üçtərəfli müqavilədən 1 il 6 ay keçsə də 16 sm irəlləyiş yoxdur

Tarix:

9-03-2022, 09:29

/ 2 634 dəfə oxundu.
Üçtərəfli müqavilədən 1 il 6 ay keçsə də 16 sm irəlləyiş yoxdur


Azərbaycan müstəqil, sülhsevər, mərd, etibarlı, sözübütov dövlətdir.

Ona özü kimi mütəfiqlər lazımdır!

 

Bunu GunAz.az-a Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

Onun sözlərinə görə, "Sülhsevər” Rusiyanın "sülhpərvər təşəbbüsü” (təxribatı) sayəsində II Qarabağ müharibəsinin sona çatmasını (çatıbmı?) rəsmiləşdirən üçtərəfli sazişin imzalanmasından 16 ay keçir. Ancaq, təəssüf ki, bu sazişdə nəzərdə tutulduğu kimi "sülhməramlıların” müvəqqəti işğal etdikləri ərazilərdən erməni seperatçı quldur dəstələrinin tərkisilah edilib qovulması istiqamətində 16 sm də olsa irəliləmək mümkün olmayıb. Bunun əksinə olaraq ötən müddət ərzində Rusiyanın "sülhməramlı” qüvvələrinin özbaşınalığının, hər vəclə, bütün imkanlarını səfərbər edərək erməni seperatçılarını dəstəklənmələrinin, nəzarət etdikləri ərazilərdə mənfur, qaniçən erməni faşistlərini silahlandıraraq möhkəmləndirmələrinin, özlərini bu ərazilərdə işğalçı kimi aparmalarının, Azərbaycanın süveren hüquqlarının kobudcasına pozulmasının və s. şahidi olmuşuq və olmaqdayıq.

Partiya sədri Rusiyanın müxtəlif bəhanələrlə, beynəlxalq hüququ heçə saymasını şərh edərək qeyd etdi ki, Krımı işğal etməsi, süveren Ukrayna ərazilərində seperatçı, qondarma "respublikalar” yaradaraq onların "müstəqilliyinin” tanıması azmış kimi, bu sülhsevər dövlətə qarşı görünməmiş miqyasda hücüm etməsi, kənd və şəhərlərini viran qoyaraq minlərlə dinc əhalini, o cümlədən uşaqları qətlə yetiməsi göstərir ki, bu dövlətə etibar etmək, onun "göz yaşlarına” inanmaq, etibar etmək qətiyyən olmaz. Rusiyanın tarixinə diqqətlə nəzər salsaq görərik ki, onun üçün digər dövlətlərlə imzaladığı heç bir sazişin, müqavilənin, onlardan irəli gələn heç bir öhdəliyin bir qəpiklik də olsa mənası yoxdur! Ona görə də, biz Azərbaycan olaraq, Rusiya ilə imzalanmış sazişlərə, müttəfiqlik müqavilələrinə inanmamalı, etibar etməməli, sayıqlığımızı itirməməliyik. Biz, Azərbaycan olaraq, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişə uyğun olaraq, Rusiyanın öhdəsinə götürdüklərini yerinə yetirəcəyini gözləməməliyik. Rusiya yalnız güclə hesablaşır, gücü nəzərə alır. Ona gərə də Azərbaycan daha da güclənməlidir- Rusiyaya qarşı yox (bu mümkün görünmür), özünü ondan müdafiə etmək üçün! Nə yaxşı ki, uca Tanrı bizlərə Türkiyə kimi dost, qardaş, müttəfiq nəsib edib! Ancaq bizə daha da qüvvətlənmək üçün yeni müttəfiqlər lazımdır. Hər şeydən göründüyü kimi, hal-hazırda belə müttəfiq yalnız Pakistan ola bilər. Ona görə də, fikrimizcə, Pakistanla da Şuşa Bəyannaməsinə oxşar Bəyannamənin imzalanması məqsədəuyğun olardı. Azərbaycan müstəqil, sülhsevər, mərd, etibarlı, sözübütov dövlətdir. Ona özü kimi mütəfiqlər lazımdır!

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ