Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib.
GunAz.az xəbər verir ki, bunu Nikol Paşinyan "Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə deyib.
"Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”, – Baş nazir vurğulayıb.