SON DƏQİQƏ
» » Partiya sədri: "İran çaşqınlıqdan hədəfləri düz seçməyib"

Partiya sədri: "İran çaşqınlıqdan hədəfləri düz seçməyib"

Tarix:

30-09-2021, 13:57

/ 3 213 dəfə oxundu.
Partiya sədri: "İran çaşqınlıqdan hədəfləri düz seçməyib"

İranın əxlaq və mehriban qonşuluq haqqında elementar anlayışı yoxdur.

Bunu GunAz.az-a Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

Partiya sədri qeyd edib ki, Prezident İlham Əliyevin Türkiyənin "Anadolu” agetliyinə verdiyi müsahibəsində İranın son 30 ildə və Vətən Müharibəsində Azərbaycanın misilsiz qələbəsindən sonra ölkəmizə qarşı dost olmayan siyasətini real faktlar əsasında, açıq şəkildə bəyan etməsi cənub qonşumuzun xoşuna gəlməyib. Əvvəllər öz mövqeyindən istifadə edərək açıq və örtülü şəkildə Azərbaycana təzyiq edən, bəzən həddini aşan, Cənubi Qafqazda yaranmış yeni reallıqlar nəticəsində bu imkanlardan məhrum olan İran, Azərbaycanın öz süveren hüquqlarını qorumaq əzmini qəbul edə bilmir və ya qəbul etmək istəmir.

T. Qənioğlunun fikirincə Azərbaycana təzyiq imkanlarını itirən İran indi də ideoloji təxribat, hədə-qorxu yolunu seçib və bunu "Keyhan” qəzetinin "dili ilə” açıq-aşkar bəyan etməkdən belə çəkinmir. Türkiyənin Azərbaycana dəstəyini, regionumuzda möhkəmlənməsini həzm edə bilməyən bu mənfur, türk düşməni olan qonşumuz Azərbaycanla yanaşı Türkiyəni də (!) hədələməkdən çəkinmir (?). İran, bu dövlətin rəsmi mövqeyini ifadə edən "Keyhan” qəzetinin "dili ilə”, Azərbaycanı və Türkiyəni məzhəb müharibəsi ilə hədələyir, qeyd edir ki: "Türkiyə və Azərbaycan hökumətləri özlərini başqalarından əvvəl ekzistensial bir böhrana sürükləyə biləcək böyük risklərə atırlar. Əliyev hökuməti, şübhəsiz ki, şiəçiliyin mərkəzinə yaxın olan altı milyon şiəsi ilə, Ərdoğanın Türkiyədəki hökuməti isə təxminən 23 milyonluq ələvi şiəsi ilə üz -üzədir. İslam Respublikası heç vaxt Ərdoğanı və ya Əliyevi susdurmaq (?) üçün bu kartlardan istifadə etmək istəməmişdir, onlardan fərqli olaraq və əxlaqi prinsiplərə (?) əsaslanaraq, mehriban qonşuluq yolu tutmuşdur”.

Partiya sədri əlavə edib ki, görünür İranın əxlaq və mehriban qonşuluq haqqında elementar anlayışı yoxdur. Nə vaxtdan məsciddə donuz saxlayan ermənilərə havadarlıq etmək əxalq norması hesab edilib? Və ya ölkə prezidenti (keçmiş) səviyyəsində Azərbaycana qarşı ərazi iddiası irəli sürmək hansı əxlaq prinsiplərinə sığır? Yaxud Vətən Müharibəsində Azərbaycanın qələbəsini həzm etməyərək onun sərhəddində güc nümayiş etdirməsi hansı mehriban qonşuluq prinsiplərinə uyğun gəlir? Hər şeydən göründüyü kimi İran çaşıb, vurnuxur, nə edəcəyini bilmir və ona görə də hədəfləri düzgün seçməyib!!! Ayılın cənablar! Ölkənizin sabitliyini istəyirsinizsə regionumuzda yaranmış yeni reallıqları dərindən təhlil edin və düzgün nəticəni çıxarın! "Gözü çıxmış qurd qardaşdan ibrət götürün”!

Bilman ISAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ