SON DƏQİQƏ
» » Qardaşlığı ən yüksək səviyyəyə qaldıran möhtəşəm sənəd!

Qardaşlığı ən yüksək səviyyəyə qaldıran möhtəşəm sənəd!

Tarix:

17-06-2021, 09:28

/ 2 849 dəfə oxundu.
Qardaşlığı ən yüksək səviyyəyə qaldıran möhtəşəm sənəd!

Partiya sədri: «Heç kim Qarabağ savaşından sonra reallığa çevrilmiş bu dəhlizin açılmasına mane ola bilməyəcək!»

Qardaş Türkiyəmizin çox hörmətli Prezidenti R.T.Ərdoğanın ölkəmizə səbirsizliklə gözlədiyimiz səfəri nəhayət ki, baş tutdu. Hörmətli R.T.Ərdoğanın ölkəmizə bu səfəri indiyədək baş vermiş səfərlərə bənzəmir. Bu səfər iki qardaş dövlət arasında münasibətləri müasir şəraitdə mümkün olan ən yüksək səviyyəyə qaldıran, sözün əsl mənasında MÖHTƏŞƏM ŞUŞA RƏYANNAMƏSİNİN qəbulu ilə yadda qalalcaq tarixi səfərdir.

Bu fikrlərini «Azad Azərbaycan» qəzetinə bildirən Təkamül Partiyasının sədri Teyyub Qənioğlu qeyd etdi ki, Şuşa Bəyannaməsi şübhəsizdir ki, iki qardaş xalqlarımız, ölkələrimiz arasında indiyədək bərqərar olmuş münasibətləri keyfiyyətcə yeni, ən yüksək səviyyəyə qaldıracaqdır. Bu Bəyannamə həm hər iki xalqın böyük liderləri Müstafa Kamal Atatürkün və Heydər Əliyevin xalqlarımız arasında tarixən mövcud olmuş, zəmanəmizdə möhkəmlənərək yüksək səviyyəyə çatmış dostluq və qardaşlıq münasibətlərini bütün dünyaya, xüsusilə bədxahlarımıza bir daha xatırlatdı. Misilsiz tarixi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsində bu şəhərdə Türkiyənin Baş Konsulluğunun açılmasına dair qəbul edilmiş qərar, müdafiyə sahəsində əməkdaşlığı, qarşılıqlı hərbi yardımı nəzərdə tutan razılaşma, 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi qələbəni həzm edə bilməyən, revanşizm eşqi ilə alışıb-yanan erməni faşistlərinə və onların havadarlarına bir daha göstərdi ki, Azərbaycan xalqı, dövləti öz haqlı mübarizəsində tək deyildir!

Partiya sədri əlavə etdi ki, bəyannamədə hörmətli Prazidentlər R.T.Ərdoğan və İlham Əliyev tərəfindən Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq şəkildə ifadələrin səsləndirilməsi göstərdi ki, heç kim Qarabağ savaşından sonra reallığa çevrilmiş bu dəhlizin açılmasına mane ola bilməyəcək! Şuşa Bəyannaməsi bir daha göstərdi ki, Vətən Müharibəsi dövründə olduğu kimi indi də və bundan sonra da Türkiyə və Azərbaycan daim bir yerdə olacaqdır. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı!

Bilman İSAQ
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ